“Qalatasaray” “Fənərbaxça”ya səfərdə qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasında 24-cü tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Açılış matçında “Kasımpaşa” “Hatayspor”u qəbul edib. Görüş qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb. Son çempion “Başakşəhər” doğma meydanda “Fatih Karagümrük”ə uduzub.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Qış transfer pəncərəsi dövründə heyətini Məsut Özillə gücləndirən lider “Fənərbaxça” doğma meydanda ən yaxın izləyicisi “Qalatasaray”ı qəbul edib. İstanbul derbisinin taleyini bir qol həll edib. “Qalatasaray” əzəli rəqibinə minimal hesabla qalib gəlib.

Türkiyə Super Liqası
24-cü tur
6 fevral

Kasımpaşa – Hatayspor 1:4
Qol: Kize-Telin, 56 – Bupendza, 44. Aabid, 72. Çanli, 84. Kamara, 90+1.

Alanyaspor – Rizəspor 2:1
Qol: Talbi, 25. Pektemek, 90+5 – Bareyro, 32.

Başakşəhər – Fatih Karagümrük 0:1
Qol: Durmaz, 52.

Fənərbaxça – Qalatasaray 0:1
Qol: Abdallah, 54.

7 fevral

14:30 Ərzurumspor – Kayserispor
17:00 Ankaragücü – Sivasspor
17:00 Dənizlispor – Antalyaspor
20:00 Beşiktaş – Konyaspor

8 fevral

17:00 Qaziantep – Göztəpə
20:00 Yeni Malatyaspor – Trabzonspor