Qapıçı mavi vərəqə alacağı halda nə baş verəcək?

Futbolda tətbiqi gözlənilən, amma hələ təkmilləşdirmə məqsədilə baxışda olan mavi vərəqəni qapıçı alacağı halda nə baş verəcəyi məlum olub.

Arena.az “The Telegraph” nəşrinə istinadən məlumat verir ki, komandanın qapıçısı mavi vərəqə alarsa, o, seçim etməli olacaq:

10 dəqiqəyə meydan oyunçusunu qapıya qoymaq və ya tamhüquqlu qapıçı dəyişikliyi etmək. Əgər komanda əvəzetmələrdən daha istifadə edibsə, bu halda sahə oyunçusu qapıdakı yerini tutmalı olacaq. Bu, qapıçının meydandan qovulması və əvəzlənməsi ehtimalı olmadığı halda baş verənlərə bənzəyir.

Xatırladaq ki, mavi vərəqə oyunçuların qəsdən qayda pozuntusuna yol verərdikləri və ya oyun rəsmisi ilə razılaşmadıqları halda, 10 dəqiqə müddətinə meydandan qovulacaqlarını ehtiva edirdi. Həmçinin bildirilirdi ki, oyun zamanı 2 mavi vərəqə və ya sarı və mavinin cəmi zamanı oyunçu qırmızı vərəqə almalıdır.

Hazırda mavi vərəqənin tətbiqi təxirə salınıb və ideya təkmilləşdirmə mərhələsi keçir.

Xəbəri sosial şəbəkələrdə paylaş: