“Qarabağ” Musa Qurbanlı ilə müqaviləni yenilədi

“Qarabağ” klubu Musa Qurbanlı ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, 19 yaşlı hücumçu ilə yeni müqavilənin müddəti 3 ildir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Musa Qurbanlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. O, geridə qalan mövsümü icarə əsasında “Zirə”də keçirib.

Xatırladaq ki, “Qarabağ” daha öncə Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Qara Qarayev, Abbas Hüseynov, Rahil Məmmədov, Toral Bayramov və Şahruddin Məhəmmədəliyevlə də yeni müqavilə bağlamışdı.