“Qarabağ” Toral Bayramov ilə müqaviləni yenilədi

“Qarabağ” yarımmüdafiəçisi Toral Bayramov ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti 3 ildir.

Toral Bayramov ötən mövsüm bu komandada keçirdiyi 26 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

Xatırladaq ki, “Qarabağ” daha öncə Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Qara Qarayev, Abbas Hüseynov və Rahil Məmmədovla da yeni müqavilə bağlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: