“Qarabağ” və “Dinamo” arasındakı oyunların vaxtı bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Zaqreb “Dinamo”suna qarşı keçirəcəyi oyunların vaxtı dəqiqləşib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu komandalar arasındakı ilk oyun avqustun 20-də Zaqrebdə keçiriləcək.

Bu qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Cavab qarşılaşması isə avqustun 28-də Bakıda baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçına saat 20:45-də start veriləcək.

Xatırladaq ki, “Qarabağ” pley-offa qədər “Linkoln” (Cəbəllütariq) və “Ludoqorets”i (Bolqarıstan) mübarizədən kənarlaşdırıb. Zaqreb “Dinamo”su isə mübarizəyə birbaşa pley-offdan başlayacaq.

Xəbəri istədiklərinizlə paylaşın