“Qarabağ”ın növbəti mərhələdəki potensial rəqib sayı 3-ə endi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Arena.az xəbər verir ki, UEFA Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmadan bir neçə saat öncə iştirakçıları qruplara ayırıb.

Nəticədə Ağdam klubunun da növbəti mərhələdəki potensial rəqibləri konkretləşib. Qitə futbol qurumu püşkatmadan əvvəl hər bir komanda üçün 3 mümkün rəqib müəyyənləşdirib.

Azərbaycan çempionu “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya), “Rakuv” (Polşa) – “Flora” (Estoniya) və ya “Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. Lakin bunun üçün ilk növbədə 1-ci təsnifat mərhələsindəki rəqibi – Cəbəllüttariq təmsilçisi “Linkoln”u mübarizədən kənarlaşdırmaq lazım gələcək.

“Qarabağ”ın 2-ci raunddakı mümkün rəqibləri 1-ci mərhələnin aşağıdakı cütlükləridir:

“Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya) cütünün qalibi
“Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi
“Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) cütünün qalibi

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü ötən gün atılıb. “Qarabağ” bu mərhələdə Cəbəllüttariq “Linkoln”u ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 11-12 iyulda, cavab görüşləri 18-19 iyulda baş tutacaq. 2-ci təsnifat mərhələsinin ilk oyunları isə 25-26 iyulda, cavab görüşləri 1-2 avqustda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: