“Mançester Siti”nin baş məşqçisi Xosep Qvaridola “şəhərlilər”in, İngiltərə çempionluğu uğrunda mübarizəsi ilə bağlı sualı cavablayıb.
Arena.az ispan mütəxəssisin müvafiq cavabını təqdim edir:
“Təşəxxüslü görünmək istəmirəm, amma mən təcrübə sahibiyəm”, deyə “Pep” vurğulayıb.
Xosep Qvardiola çempionluq yolundakı əsas rəqibləri olan “Arsenal” haqda da qənaətəni açıqlayıb:
“Arsenal” nə qədər güclüdür? Çox güclüdür. Çox! Son iki-üç mövsümdə onlar çox güclü olublar və daha da güclənirlər. Bu, həqiqətdir”, deyə “Pep” işlərinin heç də asan olmayacağına işarə edib.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının cari mövsmündə geridə qalmış 21 turdan sonra 49 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” isə 43 xalla “Aston Villa” ilə birgə 2-3-cü yerləri bölüşür.


