“Real”ın kapitanı yenidən sıradan çıxdı

“Real”ın kapitanı Serxio Ramos yenidən zədələnib.

Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

35 yaşlı müdafiəçinin sol ayaq əzələsində problem aşkarlanıb. Kapitanın yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

Qeyd edək ki, “Real”ın kapitanı zədəsini yenicə sağaltmışdı. O, bu mövsüm aldığı zədələr səbəbindən sabit oynamayıb. Bunun nəticəsidir ki, ispan müdafiəçi bütün turnirlər çərçivəsində cəmi 21 oyuna çıxıb və 4 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: