Renat Dadaşov “Portu”ya qarşı 90 dəqiqə oynadı

Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 9-cu turu çərçivəsində “Portu” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb və 1:3 hesabıyla məğlub olub.

Renat komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tondela” 9 turdan sonra 9 xalla 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: