Müqavilə ilə “Çelsi”yə məxsus olan “İnter”in belçikalı hücumçusu Romelu Lukaku Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçə bilər.
Arena.az bu barədə “Goal”a istinadən xəbər verir.
Məlumata görə, Lukaku klubla danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına uçub. Hücumçu mövsümə 25 milyon avro məvaciblə müqavilə təklifi alıb. “Əl-Nəsr” 30 yaşlı konqoəsilli hücumçuya iki illik müqavilə təklif edir.
Lukakunun “Əl-Nəsr”lə danışıqların ilk mərhələsini keçdiyi bildirilir. Şərtlərin Lukakuya uyğun olduğu vurğulansa da, keçid üçün hücumçunun “Çelsi” ilə 2026-cı ilə qədər olan müqaviləsinə xitam verilməlidir. “Zadəganlar”ın futbolçunun transferi üçün ən azı 50 milyon avro almağı planlaşdırdığı deyilir.
Romelu Lukaku 2022/2023 mövsümündə “İnter”in heyətində 37 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.


