Bu gün Türkiyə və Azərbaycanın futbol federasiyalarının prezidentləri arasında görüş keçirilib.
Arena.az xəbər verir ki, Rövnəq Abdullayevlə Nihat Özdəmir Alanyadakı “Oba” stadionunda baş tutan Türkiyə – Azərbaycan oyunundan öncə görüşüb.
Görüşdə AFFA və TFF arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb. Sonda prezidentlər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.




