Sərbəst güləş yığmamızdan İstanbulda daha 3 medal

Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə həsr olunmuş güləş üzrə turnir davam edir.

Arena.az xəbər verir ki, ənənəvi yarışın dördüncü günündə güləşçilərimiz daha 3 bürünc medal qazanıblar.

Sərbəst güləşdə Orxan Abasov və Əşrəf Aşırov (hər ikisi 79 kq) bürünc medal qazanıblar. Qadın güləşində isə Nigar Mirzəzadə (65 kq) üçüncü yeri tutub.

Xatırladaq ki, əvvəlki günlərdə yunan-Roma güləşçilərimizdən üçü fəxri kürsüyə qalxmışdı. Qurban Qurbanov (77 kq) və Murad Əhmədiyev (97 kq) gümüş, Məhəmməd Əhmədiyev (87 kq) isə bürünc medal qazanmışdı. Qadın güləşində Birgül Soltanova (62 kq), sərbəst güləşdə isə Maqomed-Başir Xaniyev bütün rəqiblərinə qalib gələrək çempion olmuşdular. Sərbəst güləşdə 65 kq-da Zirəddin Bayramovla Rəşid Babazadə də üçüncü yeri tutublar.

İyunun 25-nə qədər davam edəcək turnirə Azərbaycan yığması bu heyətlə yollanıb:

Yunan-Roma güləşi
60 kq. Nihad Quluzadə
67 kq. Həsən Məmmədli
77 kq. Qurban Qurbanov
82 kq. Tuncay Vəzirzadə
87 kq. Məhəmməd Əhmədiyev
97 kq. Murad Əhmədiyev
130 kq. Sərxan Məmmədov

Qadın güləşi
50 kq. Şəhanə Nəzərova
53 kq. Elnurə Məmmədova
62 kq. Birgül Soltanova
65 kq. Nigar Mirzəzadə

Sərbəst güləş
61 kq. İntiqam Vəlizadə
65 kq. Zirəddin Bayramov, Rəşid Babazadə
70 kq. Kənan Heybətov, Maqomed-Başir Xaniyev
79 kq. Əşrəf Aşırov, Soslan Tigiyev, Orxan Abasov

Ənənəvi turnirdə Azərbaycandan olan beynəlxalq dərəcəli hakim Xəyal Əliyev də ədaləti qoruyanlar sırasındadır.

Xəbəri sosial şəbəkələrdə paylaş: