Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Səbail” klubu heyətini yeni oyunçu – Roman Hüseynovla gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə vurğulanır ki, son olaraq “Difai”də çıxış etmiş yarımmüdafiəçi Roman Hüseynovla qədər müqavilə imzalanıb. Tərəflər mövsümün sonuna qədər anlaşıblar.
Xatırladaq ki, “Difai” bir neçə gün öncə Roman Hüseynovla yollarını ayırdığını açıqlamışdı.
“Qəbələ”nin yetirməsi olan Roman Hüseynov 2025-ci ilin yayında “Difai” ilə müqavilə bağlamışdı. 28 yaşlı mərkəz yarımmüdafiəçisi karyerası ərzində “Kəpəz”, “Sumqayıt”, “Mingəçevir”, “Şamaxı” və “Karvan” kimi klublarda da forma geyinib.
Hüseynov “Səbail”in bu qış fasiləsində heyətinə qatdığı ikinci yeni futbolçudur. “Dənizçilər” daha öncə çempionatın birinci dövrəsini “Şahdağ Qusar”da keçirmiş hücumçu Ruslan Voronsovla da mövsümün sonuna qədər müqavilə imzalandığını açıqlamışdı. Emin Rüstəmov isə “Karvan-Yevlax”a icarəyə verilib.


