“Sabah” Petar Şkuletiçlə yollarını ayırdı

“Sabah” hücumçu Petar Şkuletiçlə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Serbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Futbolçunun şəxsi məsələləri ilə bağlı klubdan ayrılmaq istəyinə müsbət cavab verilib.

Şkuletiçə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, “Sabah” Petar Şkuletiçlə sentyabrın 14-də 2 illik müqavilə bağlanıldığını açıqlamışdı. Lakin təcrübəli futbolçu bu komandada keçirdiyi 4 oyunda qol hesabını aça bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: