İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi “Milan”dan Andrea Kontini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Konti ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
“Milan” italyan müdafiəçini 2017-ci ildə “Atalanta”dan 24 milyon avroya transfer etmişdi. Sağ cinah müdafiəçisi olan Konti, daha öncə “Atalanta” ilə yanaşı, “Peruca”, “Lansano” və “Parma” kimi klubların da formasını geyinib. 27 yaşlı futbolçu İtaliya milisində 1 rəsmi oyuna çıxıb.


