“Slaviya” ardıcıl 3-cü dəfə Çexiya çempionu oldu

Futbol üzrə Çexiya Super Liqasında 2020/21 mövsümünün qalibi bəlli olub.

Arena.az xəbər verir ki, Praqanın “Slaviya” komandası 30-cu turda “Viktoriya”nı məğlub edərək (5:1), sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

30 turdan sonra 78 xal toplayan “Slaviya” rəqibləri üçün əlçatmaz olub. Praqa təmsilçisi ən yaxın izləyicisi “Yablonets”i 16 xal qabaqlayır. Praqanın digər klubu “Sparta” da 59 xalla üçüncüdür.

Qeyd edək ki, “Slaviya” ardıcıl 3-cü dəfə Super Liqanın qalibi olur. Bütövlükdə isə bu, klub tarixində 7-ci çempionluqdur. Bu baxımdan rekord “Sparta”ya məxsusdur. Praqanın daha titullu komandası 12 dəfə Çexiya çempionu olub. Üçüncü pillədə 5 çempionluğu olan Plzen “Viktoriya”sı var.

Xəbəri sosial şəbəkələrdə paylaş: