Super Liqa: “Beşiktaş”a qələbə üçün bir qol bəs etdi

Futbol üzrə Türkiyə Super Liqasında 21-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Beşiktaş” doğma meydanda “Qaziantep”i qəbul edib. İstanbul təmsilçisi bu oyunda minimal hesabla qalib gəlib.

Günün digər matçı “Yeni Malatyaspor”la “Göztəpə” arasında baş tutub. Üç qolun qeydə alındığı bu oyunda isə qonaqlar sevinən tərəf olub.

“Fənərbaxça” bu turda səfərdə “Antalyaspor”un qonağı olacaq. Lider “Trabzonspor” “Sivasspor”la üz-üzə gələcək.

Baş məşqçi Fatih Terimlə yollarını ayıran və bu posta Domenek Torreni gətirən “Qalatasaray” bu turda “Hatayspor”un müqavimətini qırmağa çalışacaq.

Bu tur keçirilməli olan “Başakşəhər” – “Konyaspor” matçı qonaq komandanın futbolçusu Ahmet Çalıkın bir neçə gün əvvəl vəfat etməsi ilə əlaqədar təxirə salınıb.

Türkiyə Super Liqası
21-ci tur
14 yanvar

Beşiktaş – Qaziantep 1:0
Qol: Batşuayi, 67.

Yeni Malatyaspor – Göztəpə 1:2
Qol: M.Eskihellac, 7 – B.Əmir, 15. Laurensi, 73.

15 yanvar

14:30 Adana Dəmirspor – Kayserispor
17:00 Sivasspor – Trabzonspor
17:00 Fatih Karagümrük – Rizəspor
20:00 Antalyaspor – Fənərbaxça

16 yanvar

14:30 Altay – Alanyaspor
17:00 Girəsunspor – Kasımpaşa
20:00 Hatayspor – Qalatasaray