Ter Ştegen La Liqada mövsümün ən yaxşı oyunçusu elan edildi

Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya La Liqasında 2022/2023 mövsümünün ən yaxşı oyunçusu elan edilib.

Arena.az xəbər verir ki, bu barədə “Barselona”nın mətbuat xidməti məlumat verib.

Xatırladaq ki, Ter Ştegen La Liqada bir mövsümdə “quru” oyunların sayına görə “Barselona”nın rekordunu müəyyən edib. La Liqanın bütün 38 oyununda meydana çıxmış alman qapıçı 26 oyunda qapısının toxunulmazlığını təmin edib. Beləliklə, Ter Ştegen buna qədər 2014/2015 mövsümündə çilili qapçı Klaudio Bravoya məxsus 23 oyunluq rekordu qırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: