Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç UEFA Çempionlar Liqasının qarşıdan gələn final oyunu haqda danışıb.
Arena.az xatırladır ki, “Borussiya” Çempionlar Liqasının finalında “Real”la qarşılaşacaq.
“Biz nə “Atletiko” ilə oyunda, nə də PSJ ilə oyunda favorit idik. Sabah finalda ancaq “Real”ın daha bir kubok qazanması üçün oynamayacağıq. Final təkcə orada iştirak etmək üçün deyil, həm də qalib gəlmək üçün mövcuddur”, – “Borussiya”nın mətbuat xidməti Terziçdən sitat gətirir.
Xatırladaq ki, iyunun 1-də Londonun “Uembli” stadionunda “Real” və Dortmund “Borussiya”sı arasında keçiriləcək Çempionlar Liqasının final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


