Toni Qomes və İssa Cibrilla yenidən milliyə dəvət aldılar

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin iki legioneri – İssa CibrillaToni Qomes ölkələrinin milli komandasına dəvət alıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, İssa Cibrilla Niger, Toni Qomes isə Qvineya-Bisau milli komandasına çağırılıblar.

İssa Cibrillanın şərəfini qoruduğu Niger yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Tanzaniya ilə qarşılaşacaq. Bu qarşılaşma iyunun 18-də Tanzaniyada baş tutacaq.

Toni Qomesin çıxış etdiyi Qvineya-Bisau isə eyni turnirdə San-Tome və Prinsipi yığmasına qarşı mübarizə aparacaq. Onun komandası da bu rəqiblə iyunun 14-də səfərdə qarşılaşacaq.

Xatırladaq ki, Cibrilla bu ilin yanvarından formasını geyindiyi “Zirə”də cəmi 9 oyuna çıxıb. 27 yaşlı hücumameyilli yarımmüdafiəçi Niger yığmasında 18 oyun keçirib və 4 qol vurub.

Qomes isə 2022-ci ilin avqustundan Premyer Liqa təmsilçisində forma geyinir. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi Azərbaycan təmsilçisinin heyətində 25 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Portuqaliya vətəndaşlığı da olan vinger Qvineya-Bisau yığmasında cəmi 2 matç keçirib.