U-19: Azərbaycan millisi Belarusla heç-heçəyə razılaşdı

19 yaşadək futbolçulardan ibarət (U-19) Azərbaycan millisi bu gün Qəbələdəki təlim-məşq toplanışı çərçivəsində sonuncu sınaq matçına çıxıb.

Arena.az xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı yığmamızın təlim-məşq toplanışı bu gün başa çatıb.

Toplanışın yekunda millimiz Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyununda üz-üzə gəlib. Bu oyun 1:1 hesabı ilə nəticələnib. Millimizin qolunu 41-ci dəqiqədə penaltidən dəqiq istifadə edən Sadiq Şəfiyev vurub.

Xatırladaq ki, Azərbaycan millisi hazırlıq çərçivəsində ilk yoxlama oyununu Gürcüstanın U-19 komandasına qarşı keçirmişdi. Yığmamız həmin oyunda 2:1 hesablı qələbə qazanmışdı. U-19-un qollarını 45+1-ci dəqiqədə Sadiq Şəfiyev, 82-ci dəqiqədə isə Ravil Qafarov vurmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: