Bu gün UEFA Millətlər Liqasında 2023-cü il mövsümünün “Dördlər finalı”nın ikinci yarımfinal qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, Niderlandda keçirilən həlledici mərhələnin sonuncu finalçısı İspaniya və İtaliya yığmalarının görüşündə müəyyənləşib.
Enshede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən oyunda qapılara üç qol vurulub. Matçda hesabı 3-cü dəqiqədə ispanlar açsa da, italyanlar buna vaxtında cavab verə biliblər. Qələbə qolunu isə matçın son dəqiqələrində ispaniyalı hücumçu Xoselu vurub.
Beləliklə, İspaniya yığması bu qələbə sayəsində ikinci finalçı olub. Daha öncə Xorvatiya millisi meydan sahibi Niderland üzərində 4:2 hesablı qələbə sayəsində finala yüksəlmişdi.
UEFA Millətlər Liqasında mövsümün həlledici oyunu iyunun 18-də İspaniya və Xorvatiya yığmaları arasında keçiriləcək. Niderland və İtaliya milliləri isə üçüncü yer uğrunda oyunda üz-üzə gələcəklər.
UEFA Millətlər Liqası
“Dördlər finalı”, Yarımfinal
15 iyun
İspaniya – İtaliya 2:1
Qollar: Yeremi Pino, 3. Xoselu, 88 – Çiro İmmobile, 11-pen.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Rotterdam, “Feyenoord Stadionu”
İspaniya: Unai Simon, Xesus Navas, Robin le Norman, Emerik Laport, Jordi Alba, Rodri, Mikel Merino (Fabian Ruis, 74), Rodriqo (Marko Asensio, 46), Qavi (Serxio Kanales, 68), Yeremi Pino (Ansu Fati, 74), Alvaro Morata (Xoselu, 84)
Baş məşqçi: Luis de la Fuente.
İtaliya: Canluici Donnarumma, Covanni Di Lorentso, Rafael Toloy, Leonardo Bonuççi (Matteo Darmian, 46), Françesko Açerbi, Leonardo Spinatsola (Federiko Dimarko, 46), Jorjinyo (Brayan Kristante, 60), Davide Frattezi (Marko Verratti, 76), Nikolo Barella, Nikolo Zaniolo, Çiro İmmobile (Federiko Kyeza, 60).
Baş məşqçi: Roberto Mançini.


