Venger klublararası dünya çempionatını vacib yarış sayır

“Arsenal”ın keçmiş baş məşqçisi, 75 yaşlı fransız mütəxəssis Arsen Venger klublararası dünya çempionatının keçirilməsini vacib sayır.

Arena.az BBC-yə istinadən, qocaman mütəxəssisin müvafiq qənətini təqdim edir:

“Mən hesab edirəm ki, klublararası dünya çempionatı gərəklidir. Əgər siz bu yarışda iştirak etmiş bütün klubları sorğulasanız, onda, cavab yüz faiz belə olacaq: “Biz yenidən oynamaq istəyirik”. Bu, klubların yarış haqda nə düşündüklərinə ən yaxşı cavabdır.

Həlledici sual isə budur ki, bu, azarkeşlərə xoş gəlirmi? Biz hesab edirik ki, gözlənilən ziyarət sayı aşağı olub, amma dəlil budur ki, bu, xeyli yüksək oldu. Bu da sizə cavab.

İsti bəzi oyunlarda həqiqətən bir fəsad oldu, amma biz bunun öhdəsindən sərinləşdirici fasilələrlə, fasilələr ərəfəsində ot örtüyünü sulamaqla gəlməyə çalışdıq və ümumilikdə hesab edirəm ki, biz müvafiq baxımdan çox şey öyrəndik”, deyə Venger vurğulayıb.

Əlavə edək ki, Venger hazırda FIFA-nın texniki tədqiqat dəstəsinin rəhbəri vəzifəsində çalışır.

Cari 2025-ci il FIFA Klub Dünya Kubokunun final oyununda “Çelsi” və PSJ qarşılaşacaqlar. Həlledici oyun iyulun 13-də ABŞ-ın Nyu-Cersi ştatının Bergen dairəsinin İst-Raterford borosunun “Metlayf” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: