Xorvatiyada çempion bəlli oldu

Futbol üzrə Xorvatiya çempionatında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Arena.az xəbər verir ki, ölkə çempionatının 33-cü turu çərçivəsində “Riyeka”nı 5:1 hesabıyla məğlub edən “Dinamo” sona üç tur qalmış çempionluğunu rəsmiləşdirib.

Hazırda 78 xalı olan Zaqreb təmsilçisi ən yaxın izləyicisi “Osiyek”i 10 xal qabaqlayır.

“Dinamo” klub tarixində 22-ci dəfə Xorvatiya çempionu olub. Bu baxımdan zaqreblilərin ən yaxın izləyicisi Split “Hayduk”udur – 6 çempionluq.

Xəbəri istədiklərinizlə paylaşın