Ötən gecə dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib. Arena.az xəbər verir ki, günün ən maraqlı görüşlərindən biri Argentina və Avstraliya yığmaları arasında baş tutub.
Qarşılaşma cənubi amerikalıların 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Bu oyuna Argentina millisinin hücumçusu Lionel Messi öz rekordunu yeniləyib. 35 yaşlı hücumçu buna qol vurmaqla nail olub. O, yığmanın heyətində ardıcıl 7-ci görüşdə qol vuraraq, yeni rekord müəyyənləşdirib. Messinin seriyası ötən ilin dekabrında DÇ-2022-nin 1/8 final mərhələsində məhz Avstraliya ilə qarşılaşmada başlayıb. Ulduz futbolçu buna qədər millidə iki dəfə ardıcıl 6 oyunda qol vurmağa müvəffəq olmuşdu.
Messi, həmçinin, karyerasında 699-cu qələbəsini qeyd edib. O, bunu 1028-ci görüşündə bacarıb. Komanda iyunun 19-da İndoneziya ilə yoldaşlıq görüşündə də qalib gələrsə, bu, Leonun 700-cü qələbəsi olacaq.
Günün digər oyunlarında Uruqvay millisi Nikaraquanı, Yaponiya isə Salvadoru böyük hesabla məğlub edib.
Yoxlama oyunu
15 iyun
Uruqvay – Nikaraqua 4:1
Yaponiya – Salvador 6:0
Filippin – Nepal 1:0
Vanuatu – Monqolustan 1:0
Argentina – Avstraliya 2:0
Kambociya – Banqladeş 0:1
Vyetnam – Honq Konq 1:0
Hindistan – Livan 0:0
Yamayka – Qətər 1:2
Küveyt – Sudan 2:1
Venesuela – Honduras 1:0
Kosta Rika – Qvatemala 0:1


