Yüksək Liqa: Növbəti oyunların vaxtı müəyyənləşdi

Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında (Yüksək Liqa) növbəti oyunların keçiriləcəyi tarixlər müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qadınların yarışında növbəti turun görüşləri 13, 14 və 17 fevralda keçiriləcək.

Kişilər arasındakı ölkə çempionatında isə növbəti matçlar fevralın 15-də baş tutacaq.

Yüksək Liqa

Qadınlar

13 fevral
17:00. “Azərreyl” – “Murov Az Terminal”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

14 fevral
15:00. “Milli Aviasiya Akademiyası” – “Abşeron”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

17 fevral
15:00. UNEC – “Gəncə”
UNEC-in idman zalı.

Kişilər

15 fevral
16:00. “Azərreyl” – “Murov”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

18:00. MOİK – Neftçi
“Murov” Voleybol Klubunun idman zalı.