“Yuventus” Avropa Konfrans Liqasından kənarlaşdırıla bilər

İtaliya nəhəngi “Yuventus”la UEFA arasında “Qoca sinyora”nın maliyyə fırıldaqları ilə bağlı danışıqlar aparılır.

Arena.az “Tuttosport”a istinadən xəbər verir ki, hüquqşünaslar və klub rəhbərlərindən ibarət nümayəndə heyəti Turindən Nyona yollanıb.

Heyətin məqsədi UEFA ilə məlum məsələni birdəfəlik sona çatdıra biləcək razılaşma üzərində işləmək və yekun nəticə əldə etməkdir.

“Yuventus”un bu il Avropa Konfrans Liqasından kənarlaşdırılması variantının müzakirə mövzusu olacağı və bununla da UEFA-nın məsələyə xitam verərək gələcəkdə bu məsələ ilə bağlı “Qoca sinyora”nı narahat etməyəcəyi ehtimal edilir.

Xatırldaq ki, Turin klubu artıq neçənci dəfədir maliyyə fırıldaqlarında ittiham edilərək cəzalanır.

Xəbəri sosial şəbəkələrdə paylaş: