Zaur Hacı-Məhərrəmov “Anderlext” – “Vilyarreal” matçında!

Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti dəfə təyinat alıb. Arena.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin oyununda iş başında olacaq.

Belə ki, Zaur Hacı-Məhərrəmov Belçikada yerli “Anderlext” klubu ilə İspaniyanın “Vilyarreal” komandası arasında keçiriləcək ilk oyunda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, martın 9-da “Anderlext”in stadionunda keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.