“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi şimali makedoniyalı yarımmüdafiəçi Georgi Stoilovu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Stoilovun son klubu “Akademiya Pandev” (Şimali Makedoniya) olub. O, daha əvvəl ölkəsində “Horizont Turnovo” klubunda da çıxış edib. Stoilov həmçinin, Şimali Makedoniya yığmasında da 2 oyun keçirib.


