Zlatko Daliç: “Biz fəxr etməliyik”

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç UEFA Millətlər Liqasının finalında İspaniya yığmasına məğlubiyyəti şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən Daliçin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“İlk növbədə İspaniyanı və futbolçularımızı gözəl oyun müqabilində təbrik edirəm. Azarkeşlərin sayəsində böyük dəstək qazandıq. Biz məğlub olduq. Çox təəssüf, amma biz fəxr etməliyik. Finala yüksəldik, amma qalib gələ bilmədik. Bəzən qalib gəlir, bəzən uduzursan. Bəhslər yüksək, oyun çətin və rəqib əla idi. Biz yenə 120 dəqiqə çalışdıq. Biz bunu keyfiyyətli etdik, onlarla rəqabət apardıq. Peşman olacağım bir şey yoxdur.

Bu, hamımız üçün çox çətindir. Kuboku qazana bilmədiyimiz ab-havaya və hər şeyə görə üçün təəssüflənirik. Bununla belə, fəxr etməliyik. Bütün bunlardan istirahət etməliyik. Çox adrenalin və emosiyalar vardı.

Biz medallar qazandıq – bir-birinin ardınca, tariximizdə üçüncü – və bu, böyük nailiyyətdir. Bu axşam göstərdi ki, biz çox şeyə qadirik və dünyanın ən yaxşı komandaları ilə rəqabət apara bilərik”.

Xatırladaq ki, Xorvatiya yığması UEFA Millətlər Liqasının finalında İspaniya yığmasına əsas və əlavə vaxtı “quru” hesabla başa çatmış oyunun penaltilər seriyasında 4:5 hesabı ilə məğlub olaraq “gümüş”lə kifayətlənib.