Elçin Məsiyev “Çelye” – “Omoniya” oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev futbol üzrə Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunun oyununa təyinat alıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Elçin Məsiyev oktyabrın 15-də Sloveniyada keçiriləcək “Çelye” – “Omoniya” (Cənubi Kipr) qarşılaşmasının baş hakimi olacaq.

Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

VAR hakimi italiyalı Luka Payretto, onun köməkçisi isə digər azərbaycanlı hakim Nicat İsmayıllı olacaq.

Qeyd edək ki, “Çelye” ilə “Omoniya” arasında görüş Sloveniyanın Çelye şəhərindəki eyniadlı stadionda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

“Omoniya” ilk turdan sonra 3 xalla 15-ci, xalsız olan “Çelye” isə 29-cu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: