“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 3-cü təsnifat mərhələsinin HJK ilə cavab oyunundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Finlandiya klubları arasındakı ikinci oyun sabah Helsinkidə baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qarşılaşmadan öncəki mətbuat konfransında Qurban Qurbanov bunları söyləyib:
“Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik. Komanda istəklidir. Səfərdə həm taxşı oyun göstərmək, həm də yaxş nəticə qazanmaq istəyindəyik. Bunun üçün var gücümüzü qoyacağıq. Meydan süni örtüklüdür, amma buna hazır olmalıyıq. Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
“Qarabağ” – HJK cütünün qalibi Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” (Lyublyana, Sloveniya) ilə qarşılaşacaq.
Məğlub olacaq komandanı isə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul”la (Rumıniya) görüşlər gözləyir.


