Qurban Qurbanov: “İddialı və maraqlı qrupa düşmüşük”

Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib.

Arena.az xəbər verir ki, bu gün Avropa Liqasında qrup mərhələsinin 2023/2024 mövsümünün püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən Ağdam təmsilçisi H qrupunda “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Haken”lə (İsveç) mübarizə aparacaq.

Qurban Qurbanov bu qrupla bağlı klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“İddialı və maraqlı qrupa düşmüşük. Təsnifat mərhələlərində qarşılaşdığımız komandalar da təhlükəli idi. Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. “Bayer” “Böyük beşlik” ölkəsinin komandasıdır. “Molde” və “Haken” də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə yaxın günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda, şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: