Andrey Lunyov Avropa Liqasının ilk üçlüyündədir

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov UEFA-nın seçiminə görə Avropa Liqasının ən yaxşı 3 qapıçı siyahısında yer alıb.

Arena.az məlumat verir ki, Lunyov Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirdiyi 6 oyunda 23 qurtarış edib.

“Reytinqlərə, xüsusən də müsbət olanlara daxil olmaq xoşdur. Əladır, amma bu, mənim üçün böyük əhəmiyyət kəsb etmir. Birinci yerdə, əlbəttə ki, komandanın nəticəsidir, o ön plandadır. Mən sadəcə öz işimi görməyə çalışıram, ona görə də burada heç bir fövqəladə nailiyyət yoxdur”, – “Match TV” Lunyovun müvafiq mövzuya dair fikrini sitat gətirir.

32 yaşlı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsində 6 oyun keçirib, 8 qol buraxıb və 3 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb. “Qarabağ” Avropa Liqasının “H” qrupunda 2-ci yeri tutub və turnirin ələmə mərhələsinə yüksəlib. Bu mərhələdə “Qarabağ”ımızın rəqibi Portuqaliya təmsilçisi “Braqa”dır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: