Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 2024/25 mövsümünə bu gün start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Araz Naxçıvan”la “Qarabağ”ın əvəzedici heyətləri qarşılaşıblar. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Turun qalan qarşılaşmaları avqustun 4-də və 5-də baş tutacaq.
Əvəzedicilər Liqası
1-ci tur
3 avqust
“Araz Naxçıvan-2” – “Qarabağ-2” 1:1
Qollar: Nicat Quliyev, 76 – Nihad Həsənzadə, 57.
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Eyyub İbrahimov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“ASK Arena”, 18:00.
4 avqust
“Neftçi-2” – “Turan Tovuz-2”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 18:00.
“Sumqayıt-2” – “Kəpəz-2”
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Tərlan Talıbzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Sumqayıt Arena” (ehtiyat meydança), 18:00.
5 avqust
“Şamaxı-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 17:30.
“Zirə-2” – “Səbail-2”
Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, İslam Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bayıl Arena”, 18:00.


