A Seriyası: “Yuventus” “Komo”ya böyük hesabla uduzdu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Sassuolo” – “Napoli” matçında qapılara qol vurulmayıb. “Udineze” doğma meydanda “Fiorentina”nı tək qolla üstələyib. “Roma” “Montsa”nı 4, “Komo” isə “Yuventus”u 3 cavabsız qolla yenib.

Qeyd edək ki, 13-cü turun qalan görüşləri noyabrın 30-da keçiriləcək.

İtaliya, A Seriyası
13-cü tur

27 noyabr

Venesiya – Bolonya 0:0

28 noyabr

Frozinone – Parma 3:0
Torino – Latsio 1:2
İnter – Cenoa 4:0

29 noyabr

Udineze – Fiorentina 1:0
Sassuolo – Napoli 0:0
Roma – Montsa 4:0
Komo – Yuventus 3:0

30 noyabr

21:30. Leççe – Atalanta
23:45. Kalyari – Milan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: