Formula 1: Kimi Antonelli Qətərdə də hamıdan sürətli oldu

Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (22-cı qran-pri) həlledici yarışı baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Qətərdə təşkil olunub.

Qətər qran-prisində cari mövsümün lideri, çempionluğu xeyli öncədən təmin etmiş Kimi Antonelli qalib olub. “Mersedes”in 20 yaşlı italiyalı sürücüsü 57 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq qələbəsini rəsmiləşdirib. Bu, onun həm cari mövsümdə, həm də karyerası ərzində 10-cu zəfərdir.

Antonellinin komanda yoldaşı Corc Rassel Qətərdə ikinci yeri tutubsa, ilk üçlüyü Oskar Piastri (“Maklaren”) qapayıb.

Beləliklə, geridə qalmış 22 mərhələdən sonra çempion Kimi Antonelli (“Mersedes”) 427 xalla vahid liderdir. Maks Ferstappen (“Red Bull”) 316 xalla ikincidir. Üçüncü yerdə isə “Mersedes”in digər sürücüsü Corc Rassel (267) qərarlaşıb.

Mühəndislər Kubokunda “Mersedes” 709 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 531 xalla ikinci, “Red Bull” isə 456 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti və sonuncu – 23-cü qran-prisi Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək. Əbu-Dabi qran-prisi dekabrın 6-da baş tutacaq.

Formula 1 üzrə dünya çempionatı, 2026

Pilotların yarışında turnir cədvəli:

  1. Kimi Antonelli (Mersedes) – 427
  2. Maks Ferstappen (Red Bull) – 316
  3. Corc Rassell (Mersedes) – 282
  4. Luis Hamilton (Ferrari) – 275
  5. Lando Norris (Maklaren) – 274
  6. Şarl Lekler (Ferrari) – 256
  7. Oskar Piastri (Maklaren) – 182
  8. İsak Hacar (Red Bull) – 126
  9. Liam Louson (Rasinq Bulls) – 91
  10. Pyer Qasli (Alpin) – 52
  11. Arvid Linblad (Rasinq Bulls) – 38
  12. Franko Kolapinto (Alpin) – 35
  13. Oliver Berman (Haas) – 23
  14. Qabriel Bortoleto (Audi) – 15
  15. Niko Hulkenberq (Audi) – 14
  16. Karlos Sayns (Uilyams) – 11
  17. Esteban Okon (Haas) – 7
  18. Fernando Alonso (Aston Martin) – 7
  19. Aleksander Albon (Uilyams) – 5
  20. Yuki Tsunoda (Rasinq Bulls) – 1
  21. Ryo Hirakava (Haas) – 1
  22. Lens Stroll (Aston Martin) – 0
  23. Serxio Peres (Kadillak) – 0
  24. Valtteri Bottas (Kadillak) – 0
  25. Rafael Kamara (Haas) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 709
  2. Ferrari – 531
  3. Red Bull – 456
  4. Maklaren – 456
  5. Rasinq Bulls – 116
  6. Alpin – 87
  7. Haas – 31
  8. Audi – 29
  9. Uilyams – 16
  10. Aston Martin – 7
  11. Kadillak – 0
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: