Super Liqa: İstanbul nəhənglərindən darmadağın

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.

“Çorum” evdə “Kocaelispor”a tək qolla məğlub olub. “Eyüpspor”un qonağı olmuş “Başakşəhər” səfərdə darmadağına sevinib. “Fənərbağça” isə “Ərzurumspor”la ev oyunundan darmadağınla ayrılıb.

Qeyd edək ki, 13-cü turun qalan görüşləri noyabrın 30-da keçiriləcək.

Türkiyə, Super Liqa
13-cü tur

27 noyabr

Alanyaspor – Konyaspor 1:2
Rizəspor – Kasımpaşa 3:2

28 noyabr

Samsunspor – Gənclərbirliyi 3:1
Qaziantep – Amedspor 1:2

29 noyabr

Çorum – Kocaelispor 0:1
Eyüpspor – Başakşəhər 1:5
Fənərbağça – Ərzurumspor 3:0

30 noyabr

20:00. Göztəpə – Trabzonspor
22:00. Beşiktaş – Qalatasaray

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: