Futbol üzrə İsveç çempionatının 2026-cı il mövsümündə inamlı çıxış edən “Sirius” komandası tarixində ilk dəfə ölkə çempionu olub.
Arena.az xəbər verir ki, Uppsala təmsilçisi çempionatın son turunda səfərdə “Göteborq”u 1:0 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.
Son tur öncəsi “Sirius” və “Hammarbü” komandalarının hərəsinin 61 xalı var idi. Daha yaxşı top fərqinə görə “Hammarbü” turnir cədvəlində birinci pillədə qərarlaşmışdı.
Lakin son turda “Hammarbü” səfərdə “Vesteros”a 0:1 hesabı ilə uduzub. “Mavi-qaralar” isə “Göteborq” üzərində qələbə qazanaraq 64 xalla çempionluğunu rəsmiləşdiriblər. Üçüncü pilləni 55 xalla “Yurqorden” tutub.
Qeyd edək ki, “Sirius”dan əvvəl son iki mövsümdə “Myalbü” və “Hakken” tarixlərində ilk dəfə İsveç çempionu olmuşdular. “Hammarbü” isə sonuncu dəfə 2001-ci ildə ölkə çempionluğunu qazanıb.


