Əvəzedicilər: “Qarabağ” Şamaxıda qələbəni əldən verdi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 3-cü tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Şamaxı” və “Qarabağ”ın əvəzedici komandaları üz-üzə gəliblər. Ağdam təmsilçisi səfər matçında erkən qolla hesabda önə keçsə də, bu üstünlüyü son saniyələrdə əldən verib.

Qeyd edək ki, 3-cü turun qalan görüşləri ayın 18-də və 19-da keçiriləcək. Hər gün iki qarşılaşma baş tutacaq.

Əvəzedicilər Liqası
3-cü tur
17 avqust

“Şamaxı-2” – “Qarabağ-2” 1:1
Qollar: Səbayıl Bağırov, 90+5 – Mahmud Ağayev, 4.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, İslam Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı şəhər stadionu, 17:00.

18 avqust

“Kəpəz-2” – “Turan Tovuz-2”
Hakimlər: Əkbər Əhmədov, Samir Qaracayev, Rəhman Aslanov, Ruslan Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.

“Sumqayıt-2” – “Səbail-2”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:30.

19 avqust

“Zirə-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“ASK Arena”, 18:00.

“Neftçi-2” – “Sabah-2”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Rahil Ramazanov, Şamil İmanzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: