AFFA “Zirə”ni forma nömrəsinə görə cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Əvəzedicilər Liqasının 15-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Əvəzedicilər Liqası, 15-ci tur

“Şamaxı-2” – “Sabah-2” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

“Neftçi-2” – “Qarabağ-2” oyununa “Qarabağ”ın azarkeşləri buraxılmadığına görə “Neftçi” 200 manat cərimə edilib. Bu oyunda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün Ağdam klubu 70 manat cərimə edilib.

“Zirə-2” – “Turan Tovuz-2” oyununda “Zirə”nin futbolçusu Əli Məmmədovun idman formasında oyunçu nömrəsi fərqli olduğuna görə “Zirə” 300 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: