“Antalyaspor” hücumçusu ilə müqaviləni yenilədi

Türkiyənin “Antalyaspor” klubu hücumçusu Fredi Ribeyro ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Anqolalı 31 yaşlı forvard 3+1 illik yeni müqaviləyə imza atıb. Tərəflər arasındakı əvvəlki sözləşmə 2022-ci ilin yayına qədər idi.

Fredi Ribeyro 2019-cu ildən “Antalyaspor”un uğurları üçün çalışır. O, bu komandanın heyətində meydana çıxdığı 84 matçda 12 qol vurub.

Anqola yığmasında 30 oyunda 2 qol vurmuş forvard, daha öncə “Belenenseş”, “Ekselsior” və “Libolo” klublarında da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: