Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026-cı illər mövsümündə mübarizəni dayandırıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün ÇL-in 1/8 final mərhələsinin cavab oyununda Lissabonda “Benfika”nın qonağı olub.
İlk oyunla müqayisədə hər iki komandanın heyətində dəyişiklik var idi. Təmsilçimizdə cəzası başa çatmış Karlos Bertula, Valerio Covanni və Aleks Teyşeyra bu dəfə iş başında idi. Əvəzində Yaqo Henrike səfərə aparılmamışdı.
Hesab 10-cü dəqiqədə açılıb. Souzanın bu qolu fasiləyə qədər yeganə olub. İkinci hissədə təmsilçimizin üzvü Perruzo ikinci sari-qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu. Bundan maksimum yararlanan meydan sahibləri fərqi artırıblar. Bu dəfə Koelyo fərqlənib. Bakıdakı oyunda hesab açmış Anilton Silva isə 35-ci dəqiqədə fərqi 3 topa çatdırıb. 13 nömrə 1 dəqiqə sonra dublunu rəsmiləşdirib. Cəmi 20 saniyə sonra Luicci Lonqo naxçıvanlıların ilk qolunu vurub. Matçda son qolun müəllifi isə Ədalət Ələkbərov olub.
Beləliklə, səfər oyununda da məğlub olmuş Azərbaycan çempionu mübarizəni dayandırıb.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunu
5 dekabr
“Benfika” – “Araz-Naxçıvan” 4:2
Qollar: Hiqor de Souza, 09:24. Andre Koelyo, 28:57. Anilton Silva, 34:28; 35:40 – Luicci Lonqo, 35:52. Ədalət Ələkbərov, 39:40.
Qırmızı vərəqə: Yan Perruzo, 27:23 (ikinci sarı).
Hakimlər: Petar Radoyçiç, Nikola Rabrenoviç, Yasmina Mikoska (Hakimlər briqadası Serbiyadandır).
Timekeeper: Srcan Mihayloviç (Serbiya).
Hakim-inspektor: Sven Eyxler (Almaniya).
UEFA nümayəndəsi: Tai Regel Pundik (Danimarka).
Lissabon. “Pavilhao Fidelidade”. Saat 21:30.
İlk oyun: 9:0


