Nigar Mirzəliyeva “Zenit”i “Hamburq”a dəyişdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Rusiyanın “Zenit” komandasında uğurlu çıxışları ilə diqqət çəkən Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: