Hikmət Qafarlı Ukrayna – Litva matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Hikmət Qafarlı futzal üzrə Avropa çempionatının (AÇ) final mərhələsi çərçivəsində növbəti təyinatını alıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Həmyerlimiz B qrupunda keçiriləcək Ukrayna – Litva qarşılaşmasının birinci hakimi olacaq. Ona İngiltərədən Peter Nurs və İtaliyadan Çiara Perona kömək edəcəklər. Görüş yanvarın 25-də Kaunasdakı 17 500 azarkeş tutumuna malik “Jalgiris Arena”da baş tutacaq. Qarşılaşmaya saat 19:00-da start veriləcək.

Xatırladaq ki, Hikmət Qafarlı bu AÇ-də ilk təyinatı yanvarın 22-də həmin arenada keçirilmiş Ermənistan – Ukrayna görüşünə almışdı. Həmin matçda timekeeper funksiyasını yerinə yetirmiş referi bu dəfə final mərhələsində ilk dəfə meydanda əsas hakim kimi debüt edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: