“Araz-Naxçıvan” “Şəfa” ilə bacarmadı

Azərbaycan millisinin oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” bu gün yoxlama matçı keçirib.

Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi Birinci Liqanın lideri “Şəfa” ilə üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutmiş görüşdə qalib müəyyənləşməyib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Premyer Liqa təmsilçisinin heyətində Bəxtiyar Həsənalızadə fərqlənib.

Xəbəri sosial şəbəkələrdə paylaş: