Avropa Liqası: “Fənərbaxça” qalib gəldi, “Qalatasaray” xal itirdi

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə keçirilib.

Azərbaycanlı hücumçu Mahir Emrelinin komandası “Legiya” doğma meydanda “Napoli”ni sınağa çəkib və böyük hesabla uduzub. Komandalar arasında Neapolda baş tutan görüşdə də İtaliya klubu 3:0 hesablı qələbə qazanmışdı. Qrupun digər matçında “Lester Siti” Moskva “Spartak”ını qəbul edib. Bu oyunda isə qalib müəyyənləşməyib.

Türkiyənin “Fənərbaxça” klubu səfərdə “Antverpen”in qonağı olub və darmadağına sevinib. “Qalatasaray” isə doğma meydanda Moskva “Lokomotiv”inin müqavimətini qıra bilməyib.

Avropa Liqası
Qrup mərhələsi, 4-cü tur
4 noyabr

A qrupu

Olimpik (Lion, Fransa) – Sparta (Çexiya) 3:0
Qol: Slimani, 61; 63. Ekambi, 90+2.

Brondbü (Danimarka) – Reyncers (Şotlandiya) 1:1
Qol: Baloqun, 45-öz qapısına – Haci, 77.

Xal durumu: Olimpik – 12, Sparta – 4, Reyncers – 4, Bröndbü – 2.

B qrupu

Monako (Fransa) – PSV (Niderland) 0:0

Real Sosyedad (İspaniya) – Şturm Qrats (Avstriya) 1:1
Qol: Sorlot, 53 – Yantşer, 38.

Xal durumu: Monako – 8, Real Sosyedad – 6, PSV – 5, Şturm Qrats – 1.

C qrupu

Legiya (Polşa) – Napoli (İtaliya) 1:4
Qol: M.Emreli, 10 – Zelinski, 51-pen. Mertens, 75-pen. Lozano, 79. Unas, 90.

Lester Siti (İngiltərə) – Spartak (Rusiya) 1:1
Qol: Amartey, 58 – Mozes, 51.

Xal durumu: Napoli – 7, Legiya – 6, Lester Siti – 5, Spartak – 4.

D qrupu

Olimpiakos (Yunanıstan) – Ayntraxt (Almaniya) 1:2
Qol: El Arabi, 12 – Kamada, 17. Hauqe, 90+2.

Antverpen (Belçika) – Fənərbaxça (Türkiyə) 0:3
Qol: M.Yandaş, 8. Meyer, 16. Berişa, 29.

Xal durumu: Ayntraxt – 10, Olimpiakos – 6, Fənərbaxça – 5, Antverpen – 1.

E qrupu

Qalatasaray (Türkiyə) – Lokomotiv (Rusiya) 1:1
Qol: Fequli, 43 – Kamano, 73.

Olimpik (Marsel, Fransa) – Latsio (İtaliya) 2:2
Qol: Milik, 33-pen. Payet, 82 – Anderson, 45+7. İmmobile, 49.

Xal durumu: Qalatasaray – 8, Latsio – 5, Olimpik – 4, Lokomotiv – 2.

F qrupu

Braqa (Portuqaliya) – Ludoqorets (Bolqarıstan) 4:2
Qol: Al Musrati, 25. Medeyros, 37. Qaleno, 40. Qonzales, 73 – Sotiriu, 44. Plastun, 79.

Srvena Zvezda (Serbiya) – Midtyulland (Danimarka) 0:1
Qol: Kanqa, 56-öz qapısına.

Xal durumu: Braqa – 9, Srvena Zvezda – 7, Midtyulland – 5, Ludoqorets – 1.

G qrupu

Ferentsvaroş (Macarıstan) – Seltik (Şotlandiya) 2:3
Qol: Zubkov, 11. Uzuni, 86 – Furuhaşi, 3. Jota, 23. Abada, 60.

Bayer (Almaniya) – Betis (İspaniya) 4:0
Qol: Diabi, 42; 52. Virts, 86. Amiri, 90.

Xal durumu: Bayer – 10, Betis – 7, Seltik – 6, Ferentsvaroş – 0.

H qrupu

Genk (Belçika) – Vest Hem (İngiltərə) 2:2
Qol: Peyntsil, 5. Souçek, 88-öz qapısına – Benrahma, 59; 82.

Dinamo (Zaqreb, Xorvatiya) – Rapid (Vyana, Avstriya) 3:1
Qol: Petkoviç, 12. Andriç, 34. Sutalo, 83 – Knasmullner, 8.

Xal durumu: Vest Hem – 10, Dinamo – 6, Rapid – 4, Genk – 3.