16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası (U-16) aprelin 30-da Bakıda təlim-məşq toplanışına başlayacaq.
Arena.az xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək U-16 ardından Bakıda təşkil olunacaq UEFA İnkişaf Turnirinə qatılacaq.
Komandamız Litva, Rumıniya və Gürcüstan yığmaları ilə mübarizə aparacaq. Oyunlar Binə stadionunda keçiriləcək.
Azərbaycan yığmasına dəvət edilmiş futbolçuların adlarını və keçirəcəyi oyunların təqvimini nəzərinizə çatdırırıq:
- İradə Əsədli – Şəfa
- Süməyyə Əhməd – Ulduz
- Xədicə Rəhimova – Neftçi
- Zəhra İsmayılova – Şəfa
- Məryəm Nuruzadə – Ulduz
- Nuray Əzizova – Təhsil 8 İOEUGİM
- Aylin Əliyeva – Ulduz
- Xədicə Əlizadə – Liman
- Nuray Qurbanova – Ulduz
- Lamiyə Məmmədova – Şəfa
- Məryəm Səmədli – Sabah
- Suel Polikarpova – Neftçi
- Sara Səlimova – Neftçi
- Könül Hüseynova – Ulduz
- Zeynəb Muradzadə – Təhsil 8 İOEUGİM
- Tahirə Rəcəb – Şəfa
- Aydan Nəsrullayeva – Ulduz
- Səbinə Şərəfxanova – Krılya Sovetov (Rusiya)
- Şəhanə Mirzəliyeva – Liman
- Zəhra Abdullayeva – Ulduz
6 may
17:00. Azərbaycan – Litva
8 may
17:00. Azərbaycan – Rumıniya
11 may
12:00. Azərbaycan – Gürcüstan


