Avropa Oyunlarında taekvondo üzrə ilk püşk

Polşanın Krakov şəhərində təşkil olunmuş 3-cü Avropa Oyunlarında taekvondo üzrə yarışların ilk gününün püşkü atılıb.

Arena.az xəbər verir ki, püşkə əsasən multi-idman turnirində Azərbaycan millisinin 4 idmançısının da ilk rəqibləri müəyyənləşib.

Təmsilçilərimizin hər biri yarışa 1/8 final mərhələsindən qoşulacaq.

54 kq-da Səyyad Dadaşov almaniyalı Xalid Abdel Halimlə üz-üzə gələcək. Qaşım Maqomedov (58 kq) startda Aymen Açnineni (Niderland) sınağa çəkəcək.

46 kq çəkidə Minayə Əkbərova debütdə Sofiya Zampetti (İtaliya) ilə qüvvəsini sınayacaq. Patimat Abakarova (49 kq) isə ilk görüşünü Sufarada Kisskalta (Almaniya) qarşı keçirəcək.

Xatırladaq ki, taekvondo üzrə Azərbaycan millisi Avropa Oyunlarında 8 idmançı ilə təmsil olunur.

Avropa Oyunlarında iyunun 23-dən 26-na qədər 43 ölkədən 256 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparacaq.