21 yaşafək futbolçulardan ibarət Azərbaycan və Qırğızıstan yığmaları arasında keçiriləcək yoxlama oyununun hakimləri bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, beynəlxalq yoldaşlıq matçını yerli hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq. Ona yan xətt hakimləri Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İslam Məmmədov yerinə yetirəcək.
Qeyd edə ki, Azərbaycan və Qırğızıstanın U-21 yığmaları arasındakı oyun sabah “Dalğa Arena”da keçiriləcək. Qarşılaşmaya saat 19:30-da start veriləcək.
Yoxlama oyunu
20 iyun
19:30. Azərbaycan – Qırğızıstan
Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmamı.
Dördüncü hakim: İslam Məmmədov.
Bakı. “Dalğa Arena”.


